“Yaşı 18-dən aşağı olan tələbələr üçün bu prosedur asanlaşdırılacaq”

yasi-18-den-asagi-olan-telebeler-ucun-bu-prosedur-asanlasdirilacaq
Oxunma sayı: 1411

“Yaşı 18-dən aşağı olan tələbələr üçün tələbə təhsil kreditinə müraciət proseduru asanlaşdırılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini İdris İsayev nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımda bildirib.

O qeyd edib ki, bu gün bununla bağlı asanlaşdırılmış qaydalar elan oluna bilər:

“Orta ixtisas təhsili müəssisələrində təhsil alanların bir qisminin yaşı 18-dən aşağı olduğundan onlara nömrə satılmır və bunun üçün valideynlərdən birinin icazəsi olmalıdır. Artıq onlar üçün müraciət sadələşdiriləcək. Bu, günün sonunda reallaşa bilər. Biz notarial qaydada təsdiq edilən ərizənin nömrəsi və həmin şəxsin fin nömrəsini sistemə daxil etməklə onlara da istifadə imkanları yaradacağıq”.

Gülnar Əliyeva