Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış “Yaşıl qələm” jurnalistlər bağında əkilən ağaclara sabah media nümayəndələri tərəfindən qulluq olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova feysbuk səhifəsində məlumat yayıb və jurnalistlər bağının fotolarını paylaşıb.

“Bağın ərsəyə gəlməsində zəhməti olanlar əkdikləri meyvə ağaclarının bəhrəsini görəcək və bu ürəkaçan mənzərənin şahidi olacaqlar”.
Xatırladaq ki, 2019-cu ilin martın 10-da 100-dən çox jurnalistin iştirakı ilə sözügedən ərazidə yapon əzgili, feyxoa, nar, ərik ağacları əkilmiş və bağa “Yaşıl qələm” adı verilmişdi.

Son xəbərlər
Son Xəbərlər