Yaşıl soğanın faydaları

Yaşıl soğanın faydaları
Oxunma sayı: 5358

Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir, tərkibində uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyaları, hətta göbələyi də zərərsizləşdirir.

"Qafqazinfo" xəbər verir ki, yaşıl soğanın faydası bununla bitmir.

Gündəlik qida rasionunda ondan istifadə edənlərdə sellülit, çiban, səpgilər, damarların varikoz genişlənməsi, dəri çatları kimi hallar, demək olar ki, müşahidə olunmur.

Salatların hazırlanmasında geniş istifadə olunan yaşıl soğanın tərkibində olan C vitamini qanda şəkərin miqdarını aşağı salır. Ona görə də diabet xəstələri soğandan çox istifadə etməlidir.

Kökəlmək və çəki artırmaq üçün kərə yağında qızardılmış soğan yemək tövsiyə olunur. Kəskin mədə-bağırsaq yaralarında çiy soğan yemək olmaz, ondan yalnız bişmiş halda istifadə etmək məsləhətdir.