1993-cü ildə Azərbaycan Respublikasının Xalq Artisti adı ilə təltif olunub.
Azərbaycanın muğamını bütün dünyada təbliğ edən xanəndə bu gün 58 yaşına qədəm qoyur.Doğum günü təəssüratlarını AzNews.az-a bölüşən sənətkar şad gününü ailəsi ilə birlikdə Şamaxıda qeyd 1993 etdiyini deyib:
“Axşam da böyük ailə qonaqlığı olacaq. Dost-tanışı dəvət etmişik. 58 yaşımı əzizlərimlə birlikdə qeyd edəcəyəm”.
A.Qasımov deyir ki, yaşının üstünə yaş gəldikcə sevinir:
“Yaşlılıq müdriklikdir. Düşüncə baxımından yaşlanmamışam. Amma baxıram ki, yaş da artıq öz işini görüb. Bundan sonra yaşıma uyğun yaşayacağam”.
Xatırladaq ki, Alim Qasımov A.Qasımov 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb və muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərdə təbliğ edib.
Son xəbərlər
Son Xəbərlər