“Yaşın nə fərqi var ki?..”- - YAP-ın seçki hazırlığı

yasin-ne-ferqi-var-ki-
Oxunma sayı: 3072


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlament seçkilərinə hazırlıq prosesindən danışarkən deyib.

S. Novruzov bildirib ki, parlament seçkilərinə hazırlıqla əlaqədar proqram üzrə görüləcək işləri rayon şəhər təşkilatlarına təqdim edəcəyik: "Onlar da bütün partiya strukturlarının fəaliyyətini bu istiqamətə yönəldəcəklər. Ötən 5 illikdə deputatlar barəsində əvvəllər açıqladığım kriteriyalar əsasında ciddi araşdırmalar aparılır. Seçkinin elan olunmasına bir ay qalmış namizədlərin siyahısını yekunlaşdırıb təqdim edəcəyik”. 

Deputat həmçinin vurğulayıb ki, hakim partiyanın tərkibininin 60 faiz dəyişiləcəyi ilə bağlı fikirlər yanlışdır: "Bəzən mediada filankəsin yaşı çıxdur, o deputat seçilməyəcək kimi fikirlər səsləndirirlər. Bu bizim yanaşma tərzimiz deyil. Yaşın nə fərqi var ki? Elə adamlar var ki, cavanlardan daha yaxşı məhsuldar işləyir, qanunvericilik təşəbbüsü ilə çıxış edir, o cümlədən seçiciləri tam qane edir, Azərbaycanı bütün beynəlxalq təşkilatlarda təmsil edir”.

Günel