“Yaşlı deputatların iclasda iştirakı qadağan edilməyib”

yasli-deputatlarin-iclasda-istiraki-qadagan-edilmeyib
Oxunma sayı: 1226

“Yaşı 65-dən yuxarı olan deputatlar iclasa gələ bilər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu parlamentin iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O, bu barədə həmkarı Qüdrət Həsənquliyevin təklifinə reaksiya verərkən deyib. Bildirib ki, hansı deputat istəyirsə, plenar iclasda iştirak edə bilər: “65 yaşdan yuxarı deputatların iştirakı qadağan edilməyib”.
 
Spiker Sahibə Qafarova əlavə edib ki, dünən videokonfrans zamanı da bu barədə komitə sədrlərinə məlumat verib.

Qüdrət Həsənquliyev isə təklif edib ki, yaşı 65-dən yuxarı deputatlar qanuna dəyişikliyin qəbul edilməsini gözləmədən videokonfrans vasitəsilə iclasa qoşulsunlar.

Murad Əhməd