“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman İdarəsinin, rayon ictimaiyyətinin, Veteranlar və Ağsaqqallar Şuralarının nümayəndələrinin, ağbirçəklər, gənc ailələrin nümayəndələrinin, ali təhsil müəssisələrinin tələbələri və gənc müəllimlərinin, ziyalıların, gənc fəalların iştirakı ilə keçirilən tədbiri Azərbaycan Dövlət Pedaqoci Universitetinin prorektoru Vilayət Əliyev açıq elan edərək iştirakçıları salamlamış, tədbirin məqsədi və məramı barədə məlumat verib, Azərbaycanda ailə və mili-mənəvi dəyərlərin qorunub saxlanılması, ailənin möhkəmləndirilməsi ilə bağlı maariflənmə işlərinin vacibliyindən, aprelin 28-də 91 yaşı tamam olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın fəaliyyətindən, onun necə həkim, qadın və ana olması, öz həyatı ilə bu günkü gənclərə nümunə olmasından danışıb.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial mənəvi mühitin saflığının təmin olunması məsələsidir: “Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür”. Layihənin də yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirərək yaşlı nəsil xalqın ən yaxşı adət ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəslə ötürücüsü olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarına məlumatlandırma vəsaitləri paylanılıb.
Son xəbərlər
Son Xəbərlər