Yastığımız vətən daşı... - Fotolar

yastigimiz-veten-dasi
Oxunma sayı: 7773

Bir zaman insanların qaynar yaşadığı, son 27 ildə isə ermənilər tərəfindən viran qoyulan Cəbrayıl şəhəri fevralın 6-da dünyanın diqqət mərkəzində oldu. 

Ölkəmizdəki səfirlər, attaşelər və beynəlxalq təşkilat rəhbərləri dağılmış evlər, yerlə yeksan edilmiş məzarlıqlardan ibarət Cəbrayıla səfər etdilər.

Onlar erməni vandalizminin qurbanı, həyat əlamətləri olmayan, bomboz düzəngahı xatırladan Cəbrayılı müşahidə edib və foto-video çəkilişlər apararaq həm sosial mediada, həm də protokola uyğun olaraq öz ölkələrinin rəhbərliyi ilə paylaşıblar. 

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun 27 il sonra azadlığına qovuşan Cəbrayıl rayonundan çəkdiyi fotoları təqdim edir: