Azərbaycan Dillər Universitetinin 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə universitetin Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı məlumat yayıb.
O bildirib ki, bu qərar universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə verilib. Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunub.
Son xəbərlər
Son Xəbərlər