Mingəçevir şəhərində beşmərtəbəli yataqxanada yanğın olub.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 m2 olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər