Yataqxanada zəhərlənən Dilrubə dərslərə başladı - Foto

yataqxanada-zeherlenen-dilrube-derslere-basladi
Oxunma sayı: 3479

Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızlardan biri təhsilinə davam etməyə başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həkimlərin yardımı ilə xilas edilən Dilrubə Quliyeva artıq dərslərinə davam edir. Bu barədə ekspert Kamran Əsədov məlumat paylaşıb.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü D.Quliyeva, digər tələbələr Həmidə İbadova və Şəkər Xasmətova ilə birgə zəhərləniblər. Ş.Xasmətova zəhərlənmə nəticəsində vəfat edib.