“Yatsenyuk 3 aya vəzifədən gedəcək” - Poroşenko söz verdi

yatsenyuk-3-aya-vezifeden-gedecek
Oxunma sayı: 2328

“Baş nazir Arseniy Yatsenyuk 3 ay ərzində vəzifədən getməlidir”.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Petro Poroşenkonun bloku” fraksiyasından olan deputat Mustafa Nayem deyib.

O bildirib ki, fraksiyanın toplantısında çıxış edən Prezident buna dair söz verib:

“Yatsenyukun getməsi barədə strateji qərar verilib. Bu, 3 ay ərzində baş tutmalıdır. 3 ay ərzində nə olacağını isə Prezident izah etməyib”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, P. Poroşenko Baş naziri istefaya çağırsa da, Ukrayna Ali Radası onu istefaya göndərə bilməyib.