Yatsenyukun qiyabi həbsi barədə sanksiya verildi

yatsenyukun-qiyabi-hebsi-barede-sanksiya-verildi
Oxunma sayı: 771

Rusiya məhkəməsi Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyukun qiyabi həbsi barədə sanksiya verib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, 2017-ci il fevralın 21-dən beynəlxalq axtarışa verilən siyasətçi Çeçenistanda hərbi əməliyyatlarda iştirakda təqsirləndirilir. 

Qeyd olunur ki, A. Yatsenyuka qarşı “banditizm” maddəsi üzrə cinayət işi açılıb. 

Xatırladaq ki, Arseni Yatsenyuk 2016-cı ilin aprelində Ukrayna baş naziri vəzifəsindən istefa verib.