“Qafqazinfo” xəbər verir ki, bunu aznews.az-a açıqlamasında yenicə əməliyyat olunmuş Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov bildirib. Onun sözlərinə görə, əməliyyat ağır olduğundan bərpa prosesi çətin gedir:
“Əməliyyat ağır oldu, bərpa prosesi də çətin gedir. Allaha şükür ki, özümü yaxşı hiss edirəm. Amma bundan sonra nə olacaq, Allaha bağlı”. F.Cəlilov onu da dedi ki, hər 3 aydan bir Türkiyəyə gedib müayinədən keçməlidir.
Qeyd edək ki, sabiq nazir ürək-damar xəstəliyindən əziyyət çəkir. O, bununla bağlı Türkiyədə əməliyyat olunub.
Son xəbərlər
Son Xəbərlər