Yaxın 10 ildə bu peşələrə tələb artacaq - Siyahı

yaxin-10-ilde-bu-peselere-teleb-artacaq
Oxunma sayı: 2620

Araşdırmaçılar yaxın 10 il üçün perspektivli peşə növlərini açıqlayıblar.

“Qafqazinfo” həmin ixtisasları təqdim edir:

Biofarmakoloq – canlı bioloji sistemdən dərman vasitələri hazırlayacaq.

Bioinforamtik – kompüter proqramlarının köməyi ilə biologiya və farmakologiya ilə əlaqəli məlumatları öyrənəcək.

“Ağıllı” texnologiyaların layihəçisi – buna İT mütəxəssis də demək olar. Sadəcə, həmin mütəxəssislər indikilərdən fərqli olaraq, daha əhatəli imkanları olan proqramlar hazırlayacaq.

Robot texnikası üzrə mütəxəssis – müxtəlif fəaliyyət istiqamətləri üzrə robot texnologiyalarını hazırlayacaq.

Kibertəhlükəsizlik üzrə mütəxəssis – informasiya sistemini və rəqəmsal vasitələri kiberhücumlardan qorumaq üçün xüsusi infrastruktur hazırlayacaq.

Alternativ enerji üzrə mütəxəssis - ənənəvi olmayan enerji mənbələrinin axtarışı və istifadəsi yollarını öyrənəcək.

Neyropsixoloq – onun fəaliyyəti psixologiya və neyrologiya arasında incə xətti təşkil edəcək. O, insan beyninin psixi proseslərlə əlaqəsi strukturunu öyrənəcək.

Proqram istehsalçısı – bu peşə aktivliyini daha da artıracq.

Müxtəlif profilli mühəndis-layihəçi – artıq bu peşə sahiblərinə indi də rast gəlmək mümkündür.

3D-nəşr üzrə mühəndis – riyazi və yaradıcı imkanların birləşdiyi bu peşə sahibləri memarlıq, inşaat, tibb, hətta paltar və ayaqqabı istehsalı sahəsində aktivləşəcəklər.

Virtual reallıq üzrə memar və inşaatçı – virtual aləmin – fəlsəfə, təbiət və cəmiyyət qanunları, iqtisadiyyat, landşaft, memarlıq – konseptual həllini müəyyən edəcək.