Yaxın 3 gün ərzində hava necə olacaq?

yaxin-3-gun-erzinde-hava-nece-olacaq
Oxunma sayı: 11266

Martın 27-si səhərdən 30-u səhərədək Bakıda və Abşeron rayonunda hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Azərbaycanın rayonlarında

Martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.