“Yaxın dostumuzu itirdik...”- - Eldar Namazov

yaxin-dostumuzu-itirdik-
Oxunma sayı: 2451


Mərhum dövlət müşaviri ilə vaxtilə bir komandada çalışan politoloq Eldar Namazov vida mərasimində onunla bağlı fikirlərini bölüşüb. 

“Qafqazinfo” xəbər verir ki, Namazov jurnalistlərə açıqlamasında Vəfa Quluzadənin ölümünün Azərbaycan üçün böyük itki olduğunu bildirib:

“Bizim hamımız üçün böyük itkidir. Vəfa Quluzadə müstəqil Azərbaycanın xarici siyasətinə əvəzolunmaz töhfələr vermiş bir dövlət xadimi idi. Azərbaycan xalqı öz vətənini sevən gözəl bir ziyalımızı, böyük bir dövlət xadimini itirdi. Biz isə  sevdiyimiz yaxın dostumuzu itirdik... Allah rəhmət eləsin”.

Günel