Yaxın günlərdə “Exit-poll” keçirmək istəyən təşkilatların siyahısı açıqlanacaq

yaxin-gunlerde-exit-poll-kecirmek-isteyen-teskilatlarin-siyahisi-aciqlanacaq
Oxunma sayı: 651

"Qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış “Exit-poll” keçirmək istəyən təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”. 

"Qafqazinfo" Secki-2020.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, artıq bununla bağlı müraciətlər MSK-ya daxil olub: “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.