ABŞ hesab edir ki, İran İsrailə hücum planlarından əl çəkməyib, yaxın günlərdə bu baş verə bilər.
“Qafqazinfo” xəbər verir ki, bunu CNN-ə müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz fərz etməliyik və əlimizdə olan məlumatlar bizə deyir ki, İran bəlkə də “Hizbullah” və ya husilər kimi etibarlı vasitələrindən istifadə etməklə İsrailə bir növ hücum etmək təhdidindən əl çəkməyib. Bilirsiniz, bu, yaxın gələcəkdə baş verə bilər, indi, demək olar ki, istənilən vaxt baş verə bilər”, - deyə Kirbi bildirib.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən sonra başlayıb.