Yaxın iki gün çiskinli olacaq

yaxin-iki-gun-ciskinli-olacaq
Oxunma sayı: 644

Arabir güclənən cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı, Lənkəran-Astara bölgəsində isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacağı gözlənilir.

Nigar Məmmədli