Yaxın iki gündə hava mülayimləşəcək

yaxin-iki-gunde-hava-mulayimlesecek
Oxunma sayı: 3140

“Bu gün və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcək”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru az yağıntılı olacağı ehtimal olunur: “Martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Martın 23 və 24-də isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq. Bölgələrdə isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq”.

G. Məmmədova əlavə edib ki, martın 22-23-də yağıntıların intensivliyi ötən günlərlə müqayisədə bir qədər zəifləyəcək. Bəzi rayonlarda 10 dərəcəyədək isti, dağlarda isə 5-8 dərəcəyədək şaxta olacaq.

Gülnar Əliyeva