“Bildiyimiz kimi, “Azersky” peyki artıq fəalliyətini dayandırıb. Lakin biz bir ildir yeni peykin yaradılması ilə bağlı işlər görürük”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Sədr qeyd edib ki, yaxın illlərdə peyklərimizin sayı artırılacaq.
S. Əsədov əlavə edib ki, Azərbaycanda yaxın illərdə peyklərin istehsalı planlaşdırılır: “Ölkədə kifayət qədər bu sahədə ixtisaslaşmış kadrlar var. Həmin kadrlar artıq 10 ilə yaxındır ki, öz təcrübələrini genişləndirirlər. Həmin şəxslərin təcrübələrindən istifadə etməklə ölkədə yaxın illərdə peylərin istehsalına başlanıla bilər”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər