“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, uzun müddət siyasət aləmində görünməyən M. Əhmədinejatın “ahmadinejad.ir” adlı saytı fəaliyyətə başlayıb. Saytda Əhmədinejatın şəklinin üzərinə böyük hərflərlə “Yaxın zamanlarda gəlirik” cümləsi yazılıb.
“İLNA” agentliyində yer alan xəbərdə bildiirlir ki, sayt birbaşa Əhmədinejatın nəzarəti altında fəaliyyət göstərəcək. Bundan əlavə, onun “İnstagram” və “Google Plus” kimi sosial şəbəkələrdə də hesabları açılıb.
Xatırladaq ki, 8 il İran prezidenti olan Əhmədinejat 2013-cü ilin avqustunda prezidentlik postunu Həsən Ruhaniya təhvil verib.
Son xəbərlər
Son Xəbərlər