“Yaxınlığımızda genişmiqyaslı müharibə gedir”

yaxinligimizda-genismiqyasli-muharibe-gedir
Oxunma sayı: 2115

“Xalqımızın gücü birlikdə, ehtiyatlı olmaqda və tolerantlıqdadır. Bu dəyərlərə sadiq olmasaq, ölkəmiz böyük təhlükə qarşısındadır. Dövlətlərin ərazi bütövlüyü sarsılmaz olmalıdır. Bu, əsas prinsipdir”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətinin sakinləri ilə görüşündə bildirib.

“Yaxınlığımızda genişmiqyaslı müharibə gedir. Bunu nəzərə alaraq, biz ilk növbədə ölkəmizin təhlükəsizliyini düşünməliyik”, - Prezident əlavə edib.

Onun sözlərinə görə, dünyada vəziyyət çox gərginləşib: “Belə bir çətin vəziyyətdə Qazaxıstan beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də səsvermə zamanı neytral mövqe tutur. Bu, bizim milli maraqlarımıza uyğundur. Bizim üçün hər şeydən önəmlisi ərazi bütövlüyü və xalqımızın rifahıdır. Buna görə də biz müdrik davranmalı və səbirli olmalıyıq, təxribatçıların yolu ilə getməməliyik”.