“Yaxşı müəllimləri kənarda saxlayıb, öz qohumunu irəli çəkir”

yaxsi-muellimleri-kenarda-saxlayib-oz-qohumunu-ireli-cekir
Oxunma sayı: 3161

“Təəssüflər olsun ki bizdə bəzi qanunlar dövlətin və millətin maraqlarından daha çox o qanunu qəbul elətdirən təşkilatların maraqlarına uyğun olur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.

Həmçinin oxuyun: AccessBank обнародовал аудиторский отчет за 2022 год

O qeyd edib ki, 65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır: “Müəllimin ixtiyarı regional təhsil idarəsinin öhdəsinə qalır. O da yaxşı müəllimləri kənarda saxlayıb, öz qohumunu, tanışını irəli çəkir. Müəllimləri onları alçaldan bu proseslərdən xilas etmək lazımdır. Müəllim ya işləməli, ya da işləməməlidir, idarələr qabağında sürünməməlidir. Müəllimin hörmətini aşağı salmaq olmaz”.

Zaur Mirzə