Yaxşı pəhrizi var iztirabların... - Video

yaxsi-pehrizi-var-iztirablarin
Oxunma sayı: 3110

Azərbaycanın tanınmış şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “Yaxşı pəhrizi var iztirabların...” adlı şeir yazıb.

“Qafqazinfo” şairin qələmə aldığı həmin şeiri təqdim edir: 

Bəzi şeirlərin hekayəsi var,

Bəzi xoşbəxtliyin qafiyəsi var.

Buludlar yağış yox, toz ələyirlər

Ulduzlar yanmır ha...

his eləyirlər.

Beş-üç arzu etməz ömrün qalığı

Didir başımızı kəpək balığı.

Daş-daş oynanılan bir aynabəddi,

Aman umduqları amana bənddi.

Nə talant?

nə vergi?

nə sehr? –

Adam

Günü axşam edir bikarçılıqdan.

Yaxşı pəhrizi var iztirabların

Nə özüm kökəldim,

nə kitablarım...