“Yaxşı pul versələr soyunaram”

yaxsi-pul-verseler-soyunaram
Oxunma sayı: 2434


Bundan həvəslənən tanınmış stilist Samiraldo da soyunmaq eşqinə düşüb. Amma yaxşı pul versələr…

“Qafqazinfo” xəbər verir ki, publika.az-a açıqlama verən Samiraldo bunun müqabilində nə az, nə çox, düz bir milyon manat istəyir: “Avropada pul qazanmağa nə var ki… Hansısa bir reklam çarxına çəkilirsən, ya hansısa şirkətin siması seçilirsən, əvəzində sənə yaxşı məbləğ ödəyirlər. Konçitanın özü alt paltarlarının istehsalı ilə məşğul olan şirkətin siması seçilib, əvəzində yəqin ki, azı, bir milyon pul alacaq. Konçita həm də tanınmış stilistdir axı. Amma Azərbaycanda belə deyil. Mən özüm bir saytın dəvəti ilə layihə üçün fotosessiya etdirdim. Şayt qazandı, amma mənə heç qara qəpik də vermədilər. Əziyyətim hədər getdi”.

Samiraldo onu da bildirdi ki, Azərbaycanda ona bir milyon manat ödəsələr, nəinki alt paltarı istehsalı ilə məşğul olan şirkətin siması olmağa razılıq verər, lazım gələrsə, lap soyunar da. Amma: “Kimdir e, mənə o qədər pul verən. Bizdə müqavilə şərtləri də yoxdur. Bilmirsən, o şirkət səni aldadır, ya yox. Amma Avropadan belə bir dəvət alsam, razılaşaram. Çünki bilirəm ki, orda mənə atmazlar. Burada mənə ata-ata gedirlər. Çox vaxt əsəbiləşib, stress keçirməli oluram”.

Maraqlıdır, Samiraldo buna görə qınanmaqdan qorxmur?

“Onsuz da, hamı məni qınayır. İslanmışın yağışdan nə qorxusu? Məni Azərbaycanda başa düşən yoxdur”.