“Yaxşı ssenari yazıldı, Kəmalə çıxdı” - Video

yaxsi-ssenari-yazildi-kemale-cixdi
Oxunma sayı: 3003

Bir neçə gün bundan əvvəl “Maşın” realiti- şousunu ərsəyə gətirən “M Group Production” və iştirakçı Kəmalə Piriyevanın ünvanına ağır ittihamlar səsləndirən müğənni Rəqsanə İsmayılova növbəti dəfə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi dünən səsvermədə uduzan Kəmalənin ssenariyə uyğun olaraq proqramdan uzaqlaşdığını bildirib.

“Şouya baxmamışam, amma mənə dedilər ki, Kəmalə Piriyeva oyunu tərk edib. Evin kiçik qızı olmuşam. O vaxtlar nanəli konfetlər var idi. Anam mənə verirdi, deyirdi ki, qızım, nanə konfetini götür, sabah nə istəyirsənsə, alacam. İndi “Maşın” şou da həmin illəri xatırlatdı. Çox yaxşı ssenari yazıldı, göz dəyməsin. Bu, belə olmalı idi. Allah, insanlar hər şeyi gördü. Artıq insanların pulları çatmadı. Bilmədilər klinikanı, yoxsa restoranı bağlasınlar. Nə edək? Növbəti şouda pulları çatar”, -deyə sənətçi vurğulayıb.