Yay kampaniyası başladı!

yay-kampaniyasi-basladi
Oxunma sayı: 2170

Mobil operator Nar sosial səhifələrində əyləncə dolu bir yay vəd edən kampaniya başlatdığını elan edib. Şirkətdən verilən məlumata görə bu kampaniya özündə hədiyyəli sosial media yarışmalarını, eləcə də Bakı və bölgələrdə abunəçilər üçün maraqlı fəaliyyətləri birləşdirir. Detallar açıqlanmasa da, yay sonunda daha böyük sürprizlərin olacağı gözlənilir.

Müsabiqə və ümumi kampaniyanın detalları barədə daha çox məlumat üçün #tamhazıram heşteqini və “Nar” ın sosial media səhifələrini izləmək tövsiyə olunur.