“Yay məktəbi” ilə bağlı sorğu keçirilir

yay-mektebi-ile-bagli-sorgu-kecirilir
Oxunma sayı: 1487

Təhsil Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən iki həftə müddətinə ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin təşkili ilə bağlı sorğu keçirir. 

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, “Yay məktəbi”nin ödənişsiz və könüllü əsaslarla təşkili nəzərdə tutulur. “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Müvafiq linkə daxil olaraq sorğuda iştirak etmək mümkündür: https://s.surveyplanet.com/h59tq2sor