Yay Olimpiya oyunlarına lisenziya qazanıldı

yay-olimpiya-oyunlarina-lisenziya-qazanildi
Oxunma sayı: 862


“Qafqazinfo” xəbər verir ki, bu yarışda ölkəmizi 4 idmançı, baş məşqçi-rəhbər təmsil edib. 52, 60,70 kq çəki dərəcələrində çıxış edən idmançılarımız hərəsi iki döyüşdə qalib gəlməklə səkkizliyə daxil olaraq, 2014-cü il Gənclərin Yay Olimpiya oyunlarındakı UŞU turnirinə lisenziya qazanıblar.

 Beləliklə federasiya bu yarış üçün qarşısına qoyduğu planı 100% yerinə yetirib. Eyni zamanda, 70 kq çəki dərəcəsində Yerkin Osmanov və 80 kq çəki dərəcəsində Məhəmməd Rüstəmli çempionatın bürünc medallarını qazanıblar.