“Yay Qalereyası”ndan oğurluğa cəhd edilib

yay-qalereyasindan-ogurluga-cehd-edilib
Oxunma sayı: 697

Bakıda İçərşəhər Dövlət Qoruq İdarəsinə məxsus binadan oğurluğa cəhd edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə idarənin meneceri Rövşən Əhmədov polisə məlumat verib.
O bildirib ki, müşahidə kameralarına baxış keçirən zaman Kiçik Qala küçəsi 5-də yerləşən “Yay Qalereyası”ndan oğurluğa cəhd edildiyini görüb. Bildirib ki, bir neçə gün öncə gecə saat 04 radələrində 3 nəfər naməlum şəxs Qalereyanın qapısını dəmir parçası ilə əyiblər. Lakin onlar qapını tam aça bilmədikləri üçün içəriyə daxil ola bilməyiblər.

Araşdırma aparılır.

Murad Əhməd