Yayda ana olacaqlar... - Fotolar

yayda-ana-olacaqlar
Oxunma sayı: 1355

Xəbər verdiyimiz kimi, ötən gün “Hozu” filminin qala gecəsi olub. 

“Qafqazinfo” xəbər verir ki, təqdimatda hamilə olan iki məşhurun xanımı diqqətdən yayınmayıb. 

Onlardan biri müğənni Emil Bədəlovun həyat yoldaşı Xanım Bədəlova olub. Cütlük kameralar qarşısına çıxaraq poz veriblər. 

Bədəlov yay fəslində ikinci dəfə ata olacaq. Bu məqamda qeyd edək ki, Emil xalq artisti Firuz Əliyevin qızı ailə qurub. Cütlüyün bir qız övladı var.

Bundan əlavə, gecədə Xəzər TV-nin siması Nəsib Nurun xanımı, Səidə Sultanın bacısı Pərvanə Əhmədova iştirak edib. 

7 aylıq hamilə olan aparıcının həyat yoldaşı qalaya rəfiqələri ilə birgə qatılıb. 

Xatırladaq ki, Nəsib Nur və Pərvanə cütlüyünün 2012-ci ildə qızı Nəsrin, 2015-ci ildə oğlu Nəsir dünyaya gəlib.

Fotolar: Nuran Məmmədov