Yayda metroya kondisioner qoyulacaq?

yayda-metroya-kondisioner-qoyulacaq
Oxunma sayı: 2092

“Yay aylarında metroda havalandırma sistemi iki rejim üçün nəzərdə tutulub, qatarlar hərəkətdə olarkən və dayandığı zaman”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu “Bakı Metropoliteni”nin mühəndisi Əlixan Osmanov deyib. 

O bildirib ki, qatarlar dayananda süni ventilyasiya qurğuları işə salınır: “Ventilyatorların əksəriyyəti yenisi ilə əvəz olunub. Yeni ventilyatorların gücü iki dəfə artırılıb”.

“Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov əlavə edib ki, yeni qatarlarda kondisionerlə təmin olunub: “Köhnə vaqonlara isə kondisioner quraşdırılması mümkün deyil. Ancaq o qatarlarda ventilyasiya sistemi var”.

Murad Əhməd