Yayımı dayandırılan TV-nin rəhbəri danışdı

yayimi-dayandirilan-tv-nin-rehberi-danisdi
Oxunma sayı: 2396



“Qafqazinfo” xəbər verir ki, bunu “Aygün” TV-nin rəhbəri Nəzirxan Nuriyev “Azadlıq” radiosuna açıqlamsında deyib. O, lisenziyanın uzadılmasından imtina ediləcəyini çoxdan gözlədiyini bildirib: “Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəm”.

Qeyd edək ki, bu gün Milli Teleradio Şurası “Aygün” regional televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması barədə qərar çıxarıb.

Araşdırmalar zamanı televiziyanın fəaliyyətində çatışmazlıqlar və qanun pozuntuları aşkarlanıb. Televiziyanın yayım avadanlıqlarının texniki istismar qaydalarına, yerli və beynəlxalq standartlara uyğun gəlmədiyi də müəyyənləşib.

Bütün bunlara görə, Milli Teleradio Şurası “Aygün” TV-yə lisenziya verməkdən imtina edib. Televiziyanın yayımı fevralın 14-ü saat 18-dən dayandırılıb.