Bu ilin yaz-yay kolleksiyası rəngarəng, qarışıq detallarla yanaşı özündə sadəliyi ehtiva etməsi ilə moda tarixində bir iz qoyur. Belə ki, istər idman, istərsə də klassik üslublarda yeniliklərlə seçilən bu mövsümdə yenə də geyimlərdəki rahatlıq əsas nüanslardandır.
“Qafqazinfo” sizə 2019-cu il yay aylarının 6 moda trendini təqdim edir:
1. Dizüstü dar şortiklər
Ötən illərə nisbətən bu il qısa şortikləri dizüstü və bədənə yapışan nodellər əvəz etməyə başladı. Xüsusilə məşhur modellərin, ulduzlarınəynində görməyə öyrəşdiyimiz bu modellərə artıq şəhər küçələrində də az rast gəlinmir. Qüsursuz omba və ayaqlara sahib olan xanımların üzərində bir bütün yaradan bu şortiklər həm rəngli, həm də qara çeşidləri ilə fərqlənir.
.jpg)
2. Böyük və rəngli şlyapalar
XL və ya XXL ölçülərində olan rəngli şlyapalar artıq kombinlərin əsas tamamlayıcı vasitələrindən birinə çevrilib. Necə deyərlər, başınızda şlyapanız yoxdursa, siz tam geyinmiş sayılmırsız.

3. Krem tonları
Bu sezon rənglər nə qədər ön planda olsa da, “Riccardo Tisci”, “Burberry”, “Dior” kimi məşhur markalar romantik və incə görünüşü əldən verməmək üçün yenə də krem tonlarına üstünlük verib. Varla yox arasında olan bu geyimlər xüsusilə ziyafət, gündəlik yemək görüşlərində incəliyi ilə seçilir.
.jpg)
4. Tor işləmələr
Bu il tor işləmələr, toxuma detalları geyimlərin olmazsa olmazına çevrilib. Hətta idman üslübundakı geyimlərdə belə əl işi detallara rast gəlmək mümdündür.
.jpg)
5. Saçaqlı və gözqamaşdıran gecə libasları
Daha çox saçaq, tük və daş-qaş detalların yer aldığı gec libasları dəbdəbəsi ilə diqqət çəkir. Qara rəngin əsalətini qoruyan markalarla yanaşı çılğın rəngləri ön plana çəkən modelyerlə də az deyil.
.jpg)
6. Qarışıq və print parçalardan istifadə
Ötən ilin sadəliyi bu il yerini daha çox qarışıq ətək və donlara verib. Asimmetrik kəsimlərin üstünlük təşkil etdiyi bu libaslar həm gündəlik, həm də ziyafət üçün əsas seçimlərdəndir.
.jpg)
Son xəbərlər
Son Xəbərlər