Yaylagül Ramazanova 1/32 finalda çıxış edəcək - Yenilənib

yaylagul-ramazanova-132-finalda-cixis-edecek
Oxunma sayı: 4527

Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayacaq.

O, 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

***

Kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.

Yarışa 30-cu cütdə başlayan Y.Ramazanova hədəfi 72 dəfə nişan alıb və bu atışlarda 647 xal toplayıb. İdmançımız bu nəticələrə əsasən 39-cu yeri tutub.

Y.Ramazanova 1/32 finalda 26-cı yeri tutan cinli Quxuan Anla qarşılaşacaq. Onun rəqibi mərhələni 656 xalla tamamlayıb. 1/32 finala iyulun 30-da start götürəcək