“Aqrar İnkişaf Könüllüləri” təşkilatının növbəti layihəsi olan “Yaylaq Könüllü Düşərgəsi”nin bağlanış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Pirşağıda yerləşən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda baş tutan tədbirdə institutun direktoru Elmar Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyi İnsan Resurslarının İdarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev və “Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədri Sarvan Cəbrayılzadə iştirak edib.
Tədbirdə çıxış edən Elvin Paşayev könüllülüyün insan kapitalının inkişafında vacib bir mərhələ olduğunu bildirib. Şöbə müdiri dövlət tərəfindən insan kapitalına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyllərini daha da artırmasının vacib olduğunu qeyd edib. Elvin Paşayev “Yaylaq Könüllü Düşərgəsi” kimi layihələrin bu məqsədlərin həyata keçirilməsində xüsusi rol oynadığını vurğulayıb və iştirakçıların layihə ilə bağlı təəssüratlarını öyrənib.
“Aqrar İnkişaf Könüllüləri”nin sədri Sarvan Cəbrayılzadə rəhbərlik etdiyi təşkilatın xidmət sahələri, məqsədləri, gələcək hədəfləri, nəzərdə tutulan layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sarvan Cəbrayılzadə iştirakçıların layihə ilə bağlı fikirlərini öyrənib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra iştirakçıların layihə çərçivəsində hazırladıqları təqdimatlar, layihənin videoçarxı izlənilib və debat-simulyasiyanın, iştirakçıların təqdim etdiyi layihə təkliflərinin qalibləri açıqlanb.




Son xəbərlər
Son Xəbərlər