Yazarlara dəstək layihəsinə start verildi - Foto

yazarlara-destek-layihesine-start-verildi
Oxunma sayı: 1794

Ötən gün İçərişəhər “Art Tower Gallery”də Bakı Şəhər  Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və imza günlərinin keçirilməsinə dəstək layihəsini  təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, layihənin əsas məqsədi  ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.

Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarısinin rəisi İbrahim Əliyev,  Azərbaycan Yazıçılar Birliyinin sədr muavini, yazıçı, jurnalist Rəşad Məcid, filologiya elmlər doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, təqdimatı olan layihə silsilə şəkildə keçiriləcək. Yeni layihənin təqdimatının ardınca furşet masası ətrafında açıq havada canlı musiqinin müşayiətilə iki yazarın - Samirə Əşrəf və İlham Əzizin imza günü baş tutub.