Yazıçı Firuz Mustafadan yeni kitab

yazici-firuz-mustafadan-yeni-kitab
Oxunma sayı: 785

Görkəmli yazıçı, dramaturq Firuz Mustafanın otuz cildlik seçilmiş əsərlərinin 2-ci cildi çapdan çıxıb.

"Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyində sənətkarın kitabının təqdimatı və imza günü keçirilib. Tədbirdə yazıçının dostları, tanınmış ədəbiyyatçılar, naşirlər eləcə də, müəllifin oxucuları iştirak ediblər.

Qeyd edək ki, Firuz Mustafanın yeni işıq üzü görmüş kitabında 3 povesti yer alıb. "Dünyanın rəngi"(1978-79), "Dəniz köçü" (90-cı ilin məhsulu), "Payız süvarisi" kinopovesti (2010) yazıçının maraqlı əsərlərindəndir. Növbəti nəzərdə tutulan cildlik kitablarda yazıçının dramları, komediyaları, fəlsəfi, publisistik məqalələri, tərcümələri və başqa janrda yazılmış əsərləri yer alacaq.

Xatırladaq ki, F. Mustafanın bir neçə əsəri rus, ingilis dillərinə də tərcümə edilib. Bu günə qədər onlarla pyes və dramları ( "Adsız", "Qəfəs", "Tələ", " İlğım ", "Müqəvva", "Zaman", "İfritə" və başqaları) Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub. Dramaturqun əsərləri tək doğma teatr səhnəsində deyil, həm də Rusiya, Türkiyə, İran teatrlarında da oylanılıb. Müəllifin publisistik və fəlsəfi məqalələri, eləcə də tərcümələri  dəyərli əsərlər sırasındadır.

Raminə Eyvazqızı