Yazıçını qətlə yetirən amerikalı milyonçu həbsxanada öldü

yazicini-qetle-yetiren-amerikali-milyoncu-hebsxanada-oldu
Oxunma sayı: 2529

Ötən ilin oktyabrında ən yaxın dostunu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən amerikalı milyonçu Robert Durst həbsxanada dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 78 yaşlı Durst Kaliforniyadakı Stokton həbsxana xəstəxanasında təbii səbəblərdən ölüb.

Qeyd edək ki, Robert Durst 2000-ci ildə yazıçı Syuzan Bermanı qətlə yetirməkdə təqsirli bilinərək, 15 oktyabr 2021-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

O, "The Jinx" adlı kriminal sənədli serialın çəkilişləri zamanı bilmədən cinayət törətdiyini etiraf etmişdi. Milyonçu mikrofonu çıxarmadan, “Nə etdim? Hamısını öldürdüm” demişdi.