“Yazır ki, yağ-bal yeyirsiz, biz acından ölürük” - Video

yazir-ki-yag-bal-yeyirsiz-biz-acindan-oluruk
Oxunma sayı: 4336

“Bu dövrdə insanlar çox aciz kimi çıxış edirlər. Baxırsan ki, instaqramda kömək edilən videolar paylaşırlar. Bunu hədsiz dərəcədə reklam etməyin yeri yoxdur. Hədsiz mesajlar yazmayın. Bizim borcumuzdur ki, xalqımıza kömək edək”​.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Şou ATV” proqramına qonaq olarkən deyib. O, sosial şəbəkələrdə yardım edənlərin video paylaşaraq bunu nümayiş etdirməsinə etiraz edib:

“İnsanlar özlərini aciz, gücsüz hiss edəndə özümü pis hiss edirəm. Axı bizim oğlanlar, qızlar gücsüz deyil. Ailəmlə 7 il çadırda yaşamışıq, xoşbəxt idik. Sadəcə olaraq gözləyirdik ki, bizə yardım gələcək, yeyəcəyik. Bir otaqda 5 nəfər qalmışıq. Ondan sonra 10 il yataqxanada yaşadıq.

Hərdən şəkil paylaşırıq, kimsə şərh yazır ki, həyat sizə gözəldir, kefdəsiz, oturub yağ-bal yeyirsiz, biz acından ölürük. Belə olmaz. Uşağına deməlisən ki, bax Zamiqə, sən də elə ol. Mən və mənim kimi insanlar hardan hansı zamana gəlib çıxıb. Uşaqlarınıza güc verin. Qoyun onlar sığınacaq axtarmasınlar, güclü olsunlar. Biz ağır şəraitdə yaşamışıq, amma anam bizə başqasından nəsə istəməyi öyrətməyib. Anam tərbiyə verirdi ki, heç kimə ağız açmaq olmaz, çalışın öz ayağınızın üstündə durun”.