Yeddi il doğma qızını zorlayan ataya hökm oxundu

yeddi-il-dogma-qizini-zorlayan-ataya-hokm-oxundu
Oxunma sayı: 6644

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində öz doğma qızını zorlamaqda təqsirləndirilən 1978-ci il təvəllüdlü Rəşad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Binəqədi rayonunda yaşayan R.Kazımov 10 yaşlı qızını 3 yaşından bəri mütəmadi olaraq zorlayıb, ona qarşı seksual xarakterli hərəkətlər edib. R.Kazımov bütün bunları həyat yoldaşı işlədiyi çörək sexinə gedəndən sonra edib. Bir gün isə 10 yaşlı qızın anası bu hadisədən xəbər tutub və polisə məlumat verib.

Məhkəmə kollegiyasının hökmü ilə Rəşad Kazımov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd