Yeddi illik münasibətləri ayrılıqla bitdi

yeddi-illik-munasibetleri-ayriliqla-bitdi
Oxunma sayı: 5487

Amerikalı aktrisa Liv Tayler və idman agenti, Devid Bekhemin ən yaxşı dostu Deyv Qardner 7 illik münasibətdən sonra ayrılıblar.

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, bu, mart ayında baş versə də, indi üzə çıxıb.

İnsayder qeyd edib ki, cütlüyün ayrılıq səbəbi onların bir-birindən uzaq düşməsi olub. Buna baxmayaraq, Taylerlə Qardner dost münasibətlərini qoruyub saxlayıb və bu yay bərabər istirahət ediblər.

Qeyd edək ki, Livlə Deyv 2014-cü ildə görüşməyə başlayıb, bir ildən sonra nişanlanıb. Onların 6 yaşlı Seyloq və 5 yaşlı Lula Rouz adlı iki övladı var. Hər ikisinin əvvəlki münasibətlərindən bir oğlu da var.