Yeddi otaqlı evdə yanğın

yeddi-otaqli-evde-yangin
Oxunma sayı: 757


"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Daşkəsən rayonu, Qazaxyolçular kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 144 kv.m sahədə və evə bitişik ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın isə Qusarda olub. Rayonun Köhnə Xudat kəndində (rayon mərkəzindən 7 km aralı) ümumi sahəsi 80 kv.m olan 3 otağlı inzibati binanın yanar konstruksiyaları və əşyaları yanıb. Sənədlər və seyf yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.