Yefremov məhkəmədə vəkillərindən imtina etdi

yefremov-mehkemede-vekillerinden-imtina-etdi
Oxunma sayı: 2413

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Rusiyanın Əməkdar artisti, aktyor Mixail Yefremov məhkəmə iclası zamanı hər iki vəkilindən – Elman Paşayev və Yelizaveta Şarqorodskayadan imtina edib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

“Qoy onlar məsləhətçi kimi qalsınlar, mənim müdafiəmi isə başqası həyata keçirsin”, - o deyib.

Hakim Yelena Abramova isə bildirib ki, Yefremova yeni müdafiəçinin axtarışı zərurəti ilə əlaqədar məhkəmə iclası avqustun 24-nə keçirilir. 

Xatırladaq ki, aktyor iyunun 8-də Moskvanın mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Cipdə hərəkət edən artist əks hərəkət istiqamətinə çıxıb və furqonla toqquşub. Sonuncunun sürücüsü bir neçə saatdan sonra həyatını itirib.