Yefremova diaqnoz qoyuldu, qərar veriləcək

yefremova-diaqnoz-qoyuldu-qerar-verilecek
Oxunma sayı: 3009

Bir müddət bundan əvvəl ölümlə nəticələnən qəza törədən Əməkdar artist Mixail Yefremova xroniki alkoqolizm diaqnozu qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Qeyd olunub ki, polis Yefremovun ömürlük sürücülük vəsiqəsindən məhrum edilməsi barədə məhkəməyə müraciət edəcək.

Aktyorun vəkili Elman Paşayev buna hadisə ilə bağlı açılmış cinayət işi çərçivəsində baxılacağını vurğulayıb. 

Qeyd edək ki, məhkəmə istintaqın tələbini təmin edərək M. Yefremovu 2 ay müddətinə (9 avqustadək) ev dustaqlığına göndərib.