“Qafqazinfo” xəbər verir ki, Estoniya ilə qarşılaşan yığmamız 3-0 hesablı, asan qələbə əldə edib. J qrupunda yer alan və İsrail qələbəsindən sonra ardıcıl ikinci uğurunu qazanan komandamızın yeganə istəyi bu ilin sentyabr və oktyabr aylarında İtaliyada təşkil olunacaq dünya çempionatına vəsiqəni təmin etməkdir. Qrupun favoriti hesab olunan Serbiya voleybolçuları da bu gün keçirdikləri görüşdən 3-0 hesablı qalibiyyət əldə ediblər. Bu nəticələrdən sonra 6 xala sahib Serbiya və Azərbaycan komandaları müvafiq olaraq I və II yerləri bölüşürlər.
İqbal
Son xəbərlər
Son Xəbərlər