“Yeganə sıxıntımız hava ilə bağlıdır”

yegane-sixintimiz-hava-ile-baglidir
Oxunma sayı: 875


“Qarabağ”ın futbolçusu Qara Qarayev “Qafqazinfo”ya sabahkı matçla bağlı  fikirlərini bölüşüb:  “Uzun müddət idi ki, çempionatımızda fasilə yaranmışdı. Biz də Antalyada təlim- məşq toplanışında idik. Sevinirəm ki, fasilə bitdi və çempionatımız qaldığı yerdən davam edir. Sabah isə bizi çempionatın ən ağır, güclü komandalarından biri olan “Xəzər Lənkəran”la gərgin bir matç gözləyir. Əslində, bu oyuna hər baxımdan hazırıq. Sadəcə olaraq, yeganə sıxıntımız hava şəraiti ilə bağlıdır. Yenə də əlimizdən gələni edəcəyik ki, maksimum nəticə göstərə bilək”


İqbal