“Qafqazinfo”ya daxil olan məlumata görə görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, "Həyat Sözü" protestant dini icmasının başçısı Rasim Xəlilov, Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete və digər qeyri-islam dini icmaların nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi var.
Ölkəmizdə hər zaman yəhudilərə doğma münasibət bəslənilib və indiyə qədər bu münasibət davam edir. Azərbaycan hökumətinin bütün dini konfessiyalara bərabər şərait yaratdığını deyən Səyyad Salahlı digər konfessiyalar kimi, yəhudi dini icmasının nümayəndələrinin də ölkəmizdə öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirdiklərini vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər